Kitabda Şəki ədəbi mühitinin təmsilçisi, XXI əsrin əvvəllərində ədəbiyyata gələn, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, istedadlı gənc şair Tural Adışirinin gəncliyin həyat mənbəyi olan sevgi, Vətən, təbiət, fəlsəfi məzmunlu şeirləri toplanmışdır. Poetik örnəklərdə öz əksini tapan lirik - realist duyğular gənc şairin mənəvi dünyasının zənginliyindən xəbər verir. Məzmun və forma baxımdan yüksək sənətkarlıqla qələmə alınmış şeirlər inanmaq olar ki, şairi mükəmməl ədəbiyyat mütəxəssisi kimi oxuculara sevdirəcəkdir.
Kitab bütün oxucu qrupları üçün nəzərdə tutulmuşdur.
