Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS

Yeni kitablar
Ələşrəf Şayan.Çəhrayı eynəkdən baxma həyata.. (şeirlər, hekayələr və məqalələr)
21 Yanvar , 2019
Kitabda XX əsrin 20-90-cı illərində Şəkidə yaşayıb – yaratmış, “Səbuhi” ədəbi məclisinin fəal üzvlərindən olmuş Ələşrəf Məmmədovun (Şayanın) müxtəlif mövzulu və məzmunlu əsərləri toplanmışdır. Vətənə, təbiətə və insana məhəbbəti ehtiva edən təqdim olunan bədii nümunələr məzmun və mündəricə etibarilə müəllifin söz sənətinin qayda və qa-nunlarına bələdliyindən xəbər verir. Yazıçının epik görüşlərinin məcmusu olan hekayələrində müəllim duyğu və düşüncələrindən yaranan gənc nəslin mənəvi saflığı, elmə, sənətə və əməyə bağlılığı məsələləri ön planda verilir. Müəllifin lirik qələminə epik tənqid ruhu da hakimdir. O, müasirləri kimi XX əsrin 60 -70-cı illərində qələmə aldığı satirik ruhlu şeir və təmsillərində yaşadığı mühitin çatışmazlıqlarına qarşı disident mövqedə dayanmışdır.
Kitab ali məktəblərdə təhsil alan filoloq tələbələr, ədəbiyyat və şeirsevərlər üçün nəzərdə tutulmuşdur.
Faylı yuklə