Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
30 Mart , 2021

30 mart 2021-ci il tarixdə Şəki MKS-nin  və Azərbycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki regional mərkəzinin təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı  gününə həsr olunmuş  “31 mart soyqırımı – XX əsrin unudulmayacaq vəhşiliyi” mövzusunda videokonfrans keçirilib. Videokonfransda mərkəzi kitabxana və MS-nin filial işçiləri iştirak edib.

MKS-nin direktoru Seyid Vahabov  soyqırım haqqında qısaca məlumat verərək  mövzu haqqında ətraflı danışmaq üçün sözü videokonfransa dəvət olunmuş Azərbycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki regional mərkəzinin rəhbəri Pərviz Məmmədova verdi. Pərviz müəllim Azərbaycanlıların soyqırımı haqqında geniş və ətraflı çıxış edərək qeyd etdi ki, Ermənilər azərbaycanlılara qarşı müxtəlif soyqırımı siyasəti həyata keçiriblər. Bu cür vəhşilik aktlarından biri də 1918-ci ildə törədilib. 31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür.

Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların soyqırımı Günü kimi qeyd edilir. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib. Soyqırımı siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “böyük Ermənistan” dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə ediblər. Bunun nəticəsi olaraq Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.

Sonda  Seyid Vahabov konfrans iştirakçıları adından Pərviz Məmmədova təşəkkür etmişdir.