Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
19 Mart , 2021

Şəki MKS-nin direktoru Seyid Vahabov və kollektivi Novruz bayramı ərəfəsində Şəhid Xəyal Məmmədovun ailəsini ziyarət edib, onlara bayram sovqatları çatdırıblar.

Ailədə keçirilən görüşdə 44 günlük Vətən müharibəsində öz canından, qanından keçərək, adlarını qızıl hərflərlə tariximizə yazdıran Şəhidlərimizin şərəfli döyüş yolundan söhbət açılaraq, onların əziz xatirəsi anılıb.

Ziyarətçilər Şəhidlərimizi boya-başa çatdıran və tərbiyə edən valideyinlərə mədəniyyət işçiləri adından dərin minnətdarlıqlarını bildiriliblər.