Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
12 Mart , 2021

12 mart 2021-ci il tarixdə Şəki MKS-nin təşkilatçılığı ilə ZOOM proqramı vasitəsilə Nizami Gəncəvi ilinə həsr olunmuş videokonfrans keçirilmişdir. Videokonfransı giriş sözü ilə MKS-nin direktoru Seyid Vahabov açaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə əlaqədar olaraq Şəki MKS-də geniş həcmli tədbirlər planı hazlrlanmışdır. Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi tərəfindən “Qədim Gəncədən dünyaya yayılan söz sənəti inciləri” adlı metodik tövsiyə hazırlanmış, eləcə də mərkəzi kitabxananın metodistləri tərəfindən kitabxanaçılara onlayn metodik məsləhətlər verilmişdir. Pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlər keçirilməsə də onlayn hazırlanmış tədbirlərlə bu böşluğu doldurmağa çalışırıq. Plana əsasən kitabxana filiallarında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri  Nizami Gəncəviyə həsr olunmuş “Nizami Gəncəvi ili - 2021”, “Nizami Gəncəvi - 880” başlıqlı ənənəvi və virtual sərgilər təşkil olunmuşdur.  Şairin həyatı və yaradıcılığı haqqında müxtəlif formatda videoçarxlar hazılanmış, onlayn mühazirələr, poeziya dəqiqələri təşkil olunmuşdur. Silsilə tədbirlər  ilin sonuna qədər davam etdiriləcək.

Sonra söz AMİ-nin  Şəki filialının müəllimi Filologiya üzrə Fəlsəfə doktoru Kamil Adışirinova verildi. Natiq “Nizami Gəncəvi mühiti, şəxsiyyəti, ədəbi irsi” mövzusunda çıxış edərək bildirdi ki, şairin əsərlərində zamanımız üçün aktual olan məsələlər çoxdur. Bu məsələlər Nizaminin bədi irsi nümunələri əsasında Kamil müəllim tərəfindən çatdırıldı. Natiq şairin mühiti, həyatının ən maraqlı və mübahisələri ilə bağlı iştirakçılara məlumat verdi. Nizaminin epik yaradıcılığına xüsusi diqqət yetirən natiq Xəmsəyə daxil olan poemaların hər birinin mövzu və ideya istiqamətləri ilə bağlı məlumatlandırdı.

Videokonfransa qoşulmuş kitabxana əməkdaşları dahi şair haqqında öz fikirlərini bildirdilər.