Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
19 Fevral , 2021
Şəki MKS-nin direktoru Seyid Vahabov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov  II Qarabağ müharibəsinin şəhidi İsmayılov Sakit İsmayıl oğlunun Çeşməli kəndində olan ailə üzvlərini  ziyarət ediblər. 
Ziyarətçilər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsinin müstəqillik və dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri olduğunu, bununla qürurlandığlarını qeyd ediblər. Şəhid ailəsinin ehtiyaclarını öyrənərək,onlara maddi və mənəvi dəstək göstəriblər.