Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
11 Fevral , 2021

11 fevral Xalq şairi Bəxtiyar Vahabzadənin anım günü ilə əlaqədar Şəki Mərkəzi Kitabxanada “Adı Bəxtiyar, özü Azərbaycan” adlı video konfrans keçirildi. Konfransda kitabxana işçiləri ilə yanaşı digər qonaqlar da iştirak edirdi.

Konfransı giriş sözü ilə  İnformasiya Resurs şöbəsinin müdiri Kəmalə İsmayılova açdı. O, tədbir iştirakçılarını salamlayıb çıxış üçün sözü kitabxananın əməkdaşı Dilbər Yaqubovaya verdi.

“Min illərdir insan sözün  hüzurunda acizdir. Bəşəriyyət dil açandan Söz yaranıb. Söz məqamında dеyildikdə Söz оlur. Məqamında dеməyi bacarırsansa Söz səninkidir. Əli qələm tutan hər kəs Söz dеməyə çalışıb və dеdiyi Sözün xalqının ədəbi yaddaşında əbədi qalmasını arzulayıb. Bunu isə tək Zaman bilib, Tarix dəqiqləşdirib."

Sonra çıxış üçün şair Musa Həşimova söz verildi. Musa müəllim bu gözəl tədbirin təşkilatçılarına təşəkkür edərək çıxışa başladı. O, B. Vahabzadə irsinin indiki nəsillərə və gələcək nəsillərə düzgün yol, düzgün istiqamət olduğu qeyd etdi. Və onu da qeyd etdi ki əbədiyaşar olmaq üçün öz vətəninin “Bəxtiyarı” olmalısan. Xalqın üçün kəskin söz, əbədi məşəl olmalısan.

Davam edən çıxışa Şəki şəhər 17 №-li orta məktəbin psixoloqu Sədaqət Əhmədova qoşuldu. O, B. Vahabzadə ilə eyni şəhərin havasını, suyunu bölüşdüyü üçün fəxr etdiyini söylədi.Çox maraqlı məqamlara toxunan Sədaqət xanımın maraqlı çıxışı konfrans iştirakçılarına xoş əhval-rihiyyə bağışladı.

Şair, yazıçı, pedaqoq Nərgiz Şahmirova çıxışa B. Vahabzadənin “Gülüstan” poeması ətrafında etdi. O, poemanın qadağan olunmuş vaxtda yazdığından, şairin mübarizliyindən bəhs etdi.

Maraqlı çıxışlara görə iştirakçılara təşəkkür edilərək xalqın şairinə allahdan rəhmət diləndi.