Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
12 Aprel , 2021

12 aprel 2021-ci iltarixdə Şəki MKS-nin Dünya İncəsənət Günü münasibətilə videokonfrans keçirib. Konfransda mərkəzi kitabxananın və MKS-nin filial işçiləri iştirak edib.

Mövzu haqqında mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Kəmalə İsmayılova çıxış edərək qeyd edib ki, bu il birinci dəfə YUNESKO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını,  yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır. İncəsənət,  bütün dünyada insanların yaradıcı potensialına,  mədəni müxtəlifliyə zəmin yaratmaqla bərabər, bilik və bacarıqların mübadiləsində mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, 15 aprel Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da,  əslində,  indiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü”  kimi qeyd olunurdu. Dünyada hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxaraq onu təbliğ və inkişaf etdirməyə çalışır. Azərbaycan xalqı da qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınaraq bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib. Tarix boyu xalqımızın mədəni özünəməxsusluğu qorunaraq yeni nəsillərə ötürülüb.