Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
15 May , 2021
Azərbaycan milli xalq oyun-tamaşalarından biri kukla teatrıdır. Kukla teatrının hal-hazırda yerləşdiyi bina polşalı mülki mühəndis İosif Ploşko tərəfindən inşa edilmiş, “Fenomen” kinoteatrı kimi istifadəyə verilmişdir (1908-1910). Müxtəlif illərdə bu binada kazino, Satirogit teatrı, Musiqili Komediya teatrı və Kənd Təsərrüfatı nailiyyətləri muzeyi fəaliyyət göstərmişdir. İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsası 1931- ci ildə Molla Ağa Bəbirli tərəfindən qoyulmuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə (“Sirk” adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931-1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946- cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-ci il aprel ayının 15-də teatra Dövlət statusu verilmişdir. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilmişdir. Yarandığı gündən bu günədək teatrda yüzlərlə tamaşa hazırlanmışdır. Teatrın kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Gürcüstan, Arxanqelsk, Krasnodar kimi ölkə və şəhərlərdə, eləcə də Respublikamızda keçirilən beynəlxalq teatr festivallarında iştirak etmiş, bir çox festivalların qalibi və laureatı olmuşdur. Teatrın repertuarında Ü.Hacıbəyov “Məşədi İbad”, Anar “Qaravəlli”, H.X.Andersen “Bülbül”, A.Şaiq “Tıqtıq xanım”, “Tülkü həccə gedir”, M.Seyidzadə “Cırtdan”, M.F.Axundov “Parisi dağıdanlar”, “Xırs quldurbasan”, V.Qauf “Yalançı şahzadə”, E.Şayye “Od oğlan”, R.Əlizadə “Ke­ çəlin toyu”, Ş.Perro “Qırmızı papaq”, Min bir gecə nağılları əsasındı “Ələddin”, Ə.Səmədli “Cik-cik xanım”, K.Ağayeva “Göyçək Fatma”, Ə.Abbasov “Şəngülüm, Şüngülüm”, rus bölməsi üçün R.Moskova “Keçilər”, R.Pilo “Qoğal”, A.S.Puşkin “Qızıl xoruz”, K.Aslanov “Qızıl almalar” və s. xüsisilə qeyd etmək olar. Müxtəlif illərdə teatrın yaradıcı kollektivinin onlarla üzvləri Respublikanın fəxri adları və Prezident mükafatlarına layiq görülmüşdür. Bu illər ərzində öz yaradıcı əməyi ilə fərqlənmiş rejissorlardan Tamilla Məhərrəmova, Namiq Ağayev, Rəhman Əlizadə, Ələkbər Hüseynov, Qurban Məsimov, Anar Məmmədov, rəssamlardan Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə Quluzadə, aktyorlarlardan Şahmar Hüseynov, Oqtay Dadaşov, Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Rəhman Rəhmanov və s. xüsusi qeyd olunmalıdır. Hal-hazırda teatrın yaradıcı kollektivinin əksəriyyətini gənclər təşkil edir. Teatrda əsası xalq oyunları, dastanları, nağılları, dünya klassikləri və müasir dramaturgiyamızın üzərində köklənmiş müasir tamaşalar hazırlanır. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən ilk olaraq Kukla Teatrının binası əsaslı təmir olunmuş və burada yaradıcı kollektivin hərtərəfli inkişafı üçün yüksək