Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
27 May , 2021
1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yaradılmışdır. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-ci il may ayının 28-də Azərbaycan milli Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etmişdir. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi qoymamış və bü- tün vətəndaşların siyasi hüquqlarını təmin etmişdir. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilmişdir. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürül- müş, yalnız 1918-ci ilin sentyabrın­ da Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən tə­ mizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçmüşdür. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Müstəqil Azərbaycan Cümhuriyyəti, o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının tanınması, Azərbaycanın bütövlüyünü təmin etmiş, iqtisadi islahatları həyata keçirmişdir. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə 1918-ci il iyun ayının 4-də tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilmişdir. Təəssüflər olsun ki, Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalmış, müvəqqəti olaraq devrilmişdir. Sovetlər Birli- yi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etmişdir. Bolşeviklər tərifindən devrilməsinə baxmaya- raq, istiqlal ideyası yenilməmiş və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ” şüarı öz əksini tapmış və nəhayət, 1991-ci ildə Sovet İmperi- yasının dağılması ilə Azərbaycan ye­ nidən öz müstəqilliyini elan etmişdir. 1990-cı ildən 28 may Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü – dövlət bayramı kimi qeyd edilir.