2 İyun , 2021
Respublikamız YUNESKO-ya 1992-
ci il iyunun 3-də üzv qəbul olunmuşdur.
Hazırda Azərbaycan YUNESKO-nun
yaxından əməkdaşlıq etdiyi və əlaqələrə böyük önəm verdiyi əsas üzv dövlətlərdən biridir.
Bu əlaqələrin təməlinin qoyulmasında
ümummilli lider Heydər Əliyevin böyük
xidmətləri olmuşdur. Ulu öndərin 1993-
cü ilin dekabrında Fransaya rəsmi səfəri
zamanı YUNESKO-nun baş direktoru
ilə görüşündə Azərbaycanla bu təşkilat
arasında əlaqələri genişləndirməyin
perspektivləri müzakirə olmuş, Ermənistanın ölkəmizə hərbi təcavüzü, müharibənin elm, təhsil, mədəniyyət sahəsində
yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılmışdır. H.Əliyevin 21 fevral 1994-cü il
tarixində imzaladığı sərəncama əsasən
Azərbaycan Xarici İşlər Nazirliyinin
nəzdində Milli Komissiya yaradılmış,
xarici işlər naziri onun sədri təyin edilmişdir. YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin,
təhsilinin və mədəniyyətinin inkişaf
etdirilməsi məqsədilə ölkəmiz YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra
konvensiyalara qoşulmuşdur.
1996-cı ildə YUNESKO-nun qərarı
ilə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi M.Füzulinin 500 illik
yubileyinin bir çox dövlətlərdə qeyd
olunması respublikamızı bütün dünyaya yaxından tanıtdı. 2000-ci ildə
“Kitabi Dədə Qorqud”un 1300 illik
yubileyi ilə əlaqədar Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində
tədbirlər təşkil olunmuşdur. Bu tədbirlər
2000-ci ilin aprelində Bakıda Türkdilli
Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının
iştirakı ilə keçirilmiş təntənəli yubiley
mərasimi ilə başa çatmışdır. 2001-ci
ildə N.Tusinin anadan olmasının 800
illik yubileyi, 2002-ci ildə Azərbaycan
alimi, şərqşünas Mirzə Kazım bəyin 200
illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bütün bunlar mədəniyyətimizin,
tariximizin, ədəbiyyatımızın, elmimizin
zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin parlaq
təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də YUNESKO ilə
əlaqələrin inkişaf etdirilməsinə böyük
önəm verir. 15 sentyabr 2005-ci ildə
Prezident İlham Əliyev YUNESKO
üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər
haqqında sərəncam imzalamışdır.
2004-cü ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban xanım Əliyevaya Xoşməramlı səfir
adı verildikdən sonra mədəniyyətimizin
daha geniş təbliğ olunması və onun rəhbərliyi ilə görülən bütün işlər dünya
mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın
bu sahədə beynəlxalq nüfuzunu daha da
artırmışdır. Son illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsi də bu qurumla
əlaqələrin yüksək səviyyəsinin bariz
göstəricisidir.
2020-ci il dekabr ayının 16-da Azərbaycannın təqdim etdiyi “Nar bayramı,
ənənəvi nar festivalı və mədəniyyəti”
adlı nominasiya sənədi YUNESKOnun Bəşəriyyətin qeyri-maddi mədəni
irsi üzrə Reprezentativ Siyahısına daxil
edilməsi haqqında qərar qəbul olunmuşdur. Bu, Azərbaycanın rəsmi olaraq
14-cü mədəni elementi kimi siyahıda
yer almışdır.