Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Haqqımızda
29 Mart , 2015

      Vahabov  Seyid Hümmət oğlu 1955-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1961-1971- ci illərdə Şəki Rayonunun  Baş Göynük  kənd orta məktəbində təhsil almışdı. 1972-ci ildə Bakı şəhərində 445 saylı tikinti idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır.

        1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakultəsində təhsil almışdır. 

        1983-cü ildən Şəki rayon MKS-nin komplektləşdirmə və kitabişləmə şöbəsində kitabxanaçı, 1983-cü ilin fevralından MKS-nin Metodika və biblioqrafiya şöbəsində baş kitabxanaçı, 1986-cı ildən isə Şəki rayon MKS-də direktor kimi fəaliyyət göstərmişdir.

       1992-ci ildə Şəki rayon və Şəki Mədəniyyət şöbəsi birləşdirilən zaman birləşdirilmiş Şəki şəhər Mədəniyyət şöbəsinə baş inspektor vəzifəsinə təyin olunmuş, 1993-cü ildən yenidən Şəki şəhər MKS-ə direktor  vəzifəsinə təyin olunmuşdur.

    Ailəlidir , iki övladı var.