Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
10 Avqust , 2022

Şəki şəhərində “Rəngləri danışdıran adam” adlı kitabın təqdimatı olub

 

  Şəkidə  “Milli Mədəniyyətimizin Təbliği” İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın “Rəngləri danışdıran adam” adlı kitabının təqdimat mərasimi keçirilib.  

Təqdimat mərasimi Şəki şəhər Mərkəzi kitabxanasında  təşkil olunub. Tədbir vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin yad edilməsi ilə başladı.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev,rayon MKS-nin kitabxana əməkdaşları, Şəki Rəsm Qalereyasının İlahə Məmmədova, Şəki ziyalıları, mədəniyyət işçiləri və eyni zamanda oxucular və kitabsevərlər  iştirak ediblər. Müəllif Jalə Cəfərova çıxış edərək yeni işıq üzü görmüş kitabda dünya şöhrətli rəssam İbrahim Safi yaradıcılığından bəhs etmişdir. Tədbirdə İbrahim Safi  haqqında çəkilmiş sənədli film nümayiş olundu.

    Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev, Şəki MKS-nin direktor v.s.m.i.e.Kəmalə İsmayılova, kitabxananın əməkdaşı Dilbər Yaqubova və digər iştirakçılar kitab haqqında öz fikirlərini müəlliflə bölüşmüşlər.

 Daha sonra J.Cəfərova oxucuların suallarını cavablandırıb.Sonda kitabın müəllifi ilə xatirə şəkili çəkdirilmişdir.

Foto Qalereya