14 yanvar 2023-cü il tarixdə MKS-nin Uşaq şöbəsində Ümumxalq Hüzn Günü ilə əlaqədar "Heç bir xəyanət və fəlakət unudulmur" adlı tədbir keçirilib. Tədbirdə iştirak edən 11 nömrəli tam orta məktəbin tarix müəllimi I.Balacayev 1990 cı ilin o müdhiş qanlı yanvar gecəsindən ətraflı məlumat verdi.Ismayıl müəllim H.Əliyevin hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə dolqun siyasi qiymət verilməsini xüsusi vurğuladı və qeyd etdi ki, Ulu öndər yüksək vətəndaşlıq göstərərək həlak olmuş şəxslərə "20 Yanvar şəhidi" fəxri adı verdi və o günü bir daha gələcək nəsillərin yaddaşına həkk etdirdi.