17 yanvar şəhid Cavidan Məmmədlinin anım günüdür. Ailənin çətin və ağır günündə biz də yanlarında olduq. Əvvəlcə şəhidin Şəki şəhidlər xiyabanında yerləşən məzarı ziyarət olundu və gül dəstələri qoyuldu,dualar edildi və şeirlər səsləndi.Sonra mərasim zalında davam edən tədbirdə ictimaiyyət nümayəndələri ,müxtəlif müəssisə rəhbərləri və kollektivləri iştirak edirdi.Şəki Regional Mədəniyyət idarəsinin nümayəndələri, MİHİ Şəki rayon komitəsinin sədri R. Məmmədov və ittifaq üzvləri, Hərbi komisarlığın əməkdaşı Tahir müəllim, şəhid ailələri, Kanal S in əməkdaşı Elvin Nüsrətoğlu, Oxuduğu 18 saylı məktəbin rəhbərliyi və Qönçə Heydərovanın şagirdlərinin kompozisiyası, adını daşıyan siniflərin 17 və 11 saylı məktəbib müəllim və şagird kollektivi, Şəki Tibb kollecinin müəllimi Pərvanə xanım Məmmədova, ŞRDM nin sədri və könüllüləri iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə həmçinin şəhidin adına yazılmış şeirlər səsləndi,çıxışlar edildi.
Elvin Nüsrətoğlunun təqdimatında hazırlanmış "Ana ilə oğulun söhbəti" adlı sənədli film nümayiş edildi.