Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
16 Yanvar , 2023

        16 yanvar 2023-cü il tarixdə MKS-nin 64 nömrəli kitabxana filialı, “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında  Ümummilli Lider Heydər Əliyevin rolu”  mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə icra nümayəndəliyinin əməkdaşları, kənd sakinləri və kitabxananın kollektivi iştirak edib. Kitabxana müdiri Həmidova  Əntiqə və kitabxanaçı Gülnaz Qurbanova çıxış edərək bildiriblər ki, xalqımızın böyük oğlu Heydər Əliyev hər şeydən əvvəl bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq,Ulu Öndər onu tarixi Qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş,yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Heydər Əliyev faciənin səhəri günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmdır. Bu 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət olmuşdu. Tədbirin sonunda  20Yanvar Şəhdlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.

 

Foto Qalereya