Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
18 Yanvar , 2023

18.01.2023 - cü il tarixində Şəki şəhər MKS - nin 1 N-li kitabxana filialında 20 Yanvar Hüzn Günü ilə bağlı "Qanlı Yanvar - Şanlı Yanvar " adlı anım günü keçirildi.Tədbiri kitabxananın müdiri Cəmilova Sədaqət açaraq, tədbir iştirakçılarından şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Sonra iştirakçılara mövzu ilə bağlı ümumi məlumat verdi. Kitabxanaçı Cumaya Göyçək 20 Yanvar faciəsində ətraflı danışaraq, qeyd etdi ki, yanvarın 20 - də 131 insan öldürülmüşdür: onlardan 117-si azərbaycanlı, 6 - sı rus, 3- ü yəhudi, 3- ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir.Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir.Neftçala  və Lənkəranda 26 nəfər öldürülmüşdür.

Sonra iştirakçılardan Həsənov Elman, Məmmədov Vəli şahidi olduqları hadisələri ətraflı şəkildə gənc oxuculara çatdırmışlar. Qeyd etmişlər ki, yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mùbarizə əzmini, qıra bilməmişdir.Həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar.Bu gün Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanliq səhifəsi kimi yazılmışdır.Tədbirin sonunda IV sinif şagirdi İmanov Sənan şəhidlər haqqında şer söyləmişdir.

Foto Qalereya