Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
22 Fevral , 2023

Fevralın 22-də Şəki şəhər Səməd Vurğun adına Folklor evində MKS-nın birgə təşkilatçılığı ilə «8 fevral Beynəlxalq nənələr və babalar günü» münasibətilə ömrünün yarısını mədəniyyət sahəsinə həsr etmiş təqaüddə olan mədəniyyət işçiləri ilə görüş keçirilib. İlk öncə vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin,  2023-cü ildə 100 illiyi qeyd olunan,  Azərbaycanın inkişafı uğrunda  ömrünü həsr etmiş ulu öndər Heydər Əliyevin və qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həyatlarını itirmiş insanların xatirələrini yad etmək üçün bir dəqiqəlik sükut elan olindu.  Sonra Türkiyədə elan olunmuş matəmlə əlaqədar görüşün vaxtının dəyişilərək bu günə təyin olunması gələn qonaqların diqqətinə çatdırıldı.  Görüşdə Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri, klub əməkdaşları, Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

 Görüşdə iştirak edən qocaman mədəniyyət işçiləri  işlədikləri dövrlə bağlı xoş xatirələrini danışdılar,   rəhmətə gedən qocaman mədəniyyət işçilərini yada saldılar,  iş təcrübələrini bölüşüb,  gənclərə öz tövsiyələrini verdilər.

Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında səsləndirilən musiqi nömrələri görüşə daha da rəngarənglik qatıb.

 Tədbirin sonunda xatirə şəkli çəkdirilib. Fevralın 22-də Şəki şəhər Səməd Vurğun adına Folklor evində MKS-nın birgə təşkilatçılığı ilə «8 fevral Beynəlxalq nənələr və babalar günü» münasibətilə ömrünün yarısını mədəniyyət sahəsinə həsr etmiş təqaüddə olan mədəniyyət işçiləri ilə görüş keçirilib. İlk öncə vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin,  2023-cü ildə 100 illiyi qeyd olunan,  Azərbaycanın inkişafı uğrunda  ömrünü həsr etmiş ulu öndər Heydər Əliyevin və qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həyatlarını itirmiş insanların xatirələrini yad etmək üçün bir dəqiqəlik sükut elan olindu.  Sonra Türkiyədə elan olunmuş matəmlə əlaqədar görüşün vaxtının dəyişilərək bu günə təyin olunması gələn qonaqların diqqətinə çatdırıldı.  Görüşdə Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri, klub əməkdaşları, Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

 Görüşdə iştirak edən qocaman mədəniyyət işçiləri  işlədikləri dövrlə bağlı xoş xatirələrini danışdılar,   rəhmətə gedən qocaman mədəniyyət işçilərini yada saldılar,  iş təcrübələrini bölüşüb,  gənclərə öz tövsiyələrini verdilər.

Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında səsləndirilən musiqi nömrələri görüşə daha da rəngarəglik qatıb.

 Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Foto Qalereya