Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
21 Fevral , 2023

MİHİ Şəki Rayon Komitəsi və Mərkəzi kitabxananın xidmət və abonement şöbəsinin təşkilatçılığı ilə "Heydər Əliyev və Ana Dili" başlığı altında Xəmsə intellekt yarışması keçirildi. Əvvəlcə şöbənin əməkdaşı Dilber Yaqubova Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidləri yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Sonra Azərbaycan Respublikasının Prezidentinin 2023- cü il "Heydər Əliyev ili" elan etməsindən və 21 fevral Beynəlxalq Ana Dili günü haqqqında məlumat verərək yarışmanı həm Heydər Əliyev ilinə həm də Ana Dili gününə həsr etdiyini qeyd etdi.Yarışmada 4 komanda iştirak edirdi. Komandalar "Buta", "Qarabağ", "Xarı bülbül", "Nuxa" adları ilə yarışa qatılmışdılar. Beş raunddan sonra qalib komanda "Buta" komandası oldu. Qaliblər MİHİ Şəki rayon komitəsi tərəfindən mükafatlandırılacaqlar.

Qeyd edim ki, yarışmanı intellektual oyunlar üzrə mütəxəssis Kamran İsa aparırdı.

 

Foto Qalereya