Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
22 Fevral , 2023

22.02.2023-cü il tarixdə Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxanada 44 günlük müharibədə şəhid olmuş Şahmar Soltanlının mövlud günü qeyd olundu. Tədbirdə şəhid anaları, MİHİ Şəki rayon komitəsinin sədri Nəzakət Əliyeva, şəhər ictimaiyyəti, 11,17,18 saylı orta məktəblərin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir şəhidlərin müqəddəs ruhlarını anmaq üçün 1 dəqiqəlik sükutla başladı. Məktəblilərin ifasında şeirlər səsləndi və Şahmarın sevdiyi alətdə,sevdiyi musiqilər ifa olundu. Dilbər Yaqubovanın təqdimatında Şahmarın həyatını əks etdirən videoçarx və Elvin Nüsrətoğlunun təqdimatında qısametrajlı film- söhbət təqdim olundu.

Tədbirdə həmçinin şəhid anaları söz alaraq çıxış etdilər,Şahmarın uşaqlıq və gənclik dostları öz xatirələrini bölüşdülər.

 

Foto Qalereya