Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
3 Fevral , 2015

Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə əlaqədar Şəki şəhər MKS-də geniş hazırlıq işlərinə başlanılmışdır.  Geniş həcmli tədbirlər planı, “Türk dünyasının Bəxtiyarı” adlı metodik vəsait hazırlanmışdır.

 Həmyerlimiz, gözəl insan, dahi şair B.Vahabzadənin  yubileyi ilə əlaqədar İ.S.Nakam adına Mərkəzi kitatabxanada “Bəxtiyar Vahabzadə-90” adlı geniş həcmli sərgi hazırlanmışdır. Sərgi 3 bölmədən ibarətdir:

I.  İstiqlal poeziyasının bayraqdarı

II.  Türk dünyasının Bəxtiyarı

III.  Düşünən və düşündürən dahi

Hər bölmədə mövzu ilə bağlı kitablar sərgilənmiş, görkəmli elm, mədəniyyət və ictimai xadimlərin “Türk dünyasının böyük söz ustadı” haqqında fikirlərindən ibarət sitatlar verilmişdir.

  Beləliklə, mərkəzi kitabxana və kitabxana filiallarda dahi şairimizin yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsinə start verilmişdir.