Mərkəzi Kitabxananın xidmət və abonoment şöbəsi şəhərimizin ərazisində yerləşən bütün təşkilatların oxucu qruplarına xidmət edir. Şöbədə açıq rəf üsulu ilə oxucuların kitab fondundan asan və geniş istifadəsi üçün şərait yaradılmışdır.
Oxu zalı 20 nəfərlik yerdən ibarətdir. Burada 16 adda dövri nəşr və köməkçi kitab fondu vasitəsilə oxuculara xidmət edilir. Oxu zalından il ərzində bütün oxucu qrupları istifadə edir. Kitab fondunu, əsasən, bədii, elmi-kütləvi kitablar , dərsliklər , ensiklopediyalar və s. təşkil edir. Mərkəzi kitabxananın bütün kütləvi tədbirləri oxu zalında keçirilir. Oxu zalı bölməsi mərkəzi kitabxananın ən operativ bölməsi olmuşdur. Çünki bu bölmənin xidmət arenası genişdir. Şəhərimizin müxtəlif profilli oxucu qrupları, icra və bələdiyyə orqanlarının işçiləri , həkimlər, mütəxəssislər, orta məktəblərin şagird və müəllimləri mərkəzi kitabxananın fondundan istifadə edir.
Mərkəzi kitabxananın oxu zalı bölməsi il ərzində 16 adda qəzetə, 1 adda jurnala abunə yazılmışdırMərkəzi kitabxanada və kitabxana filiallarda oxuculara biblioqrafik xidmət yüksək səviyyədə təşkil edilmişdir. Mərkəzi kitabxanada təşkil edilmiş soraq-biblioqrafiya aparatı (SBA) vasitəsilə oxuculara məlumat – biblioqrafiya xidməti göstərilir. Kataloq-kartoteka sistemi kitabxana fondunun məzmununun açılmasında və xidmət işinin asanlaşdırılmasında mühüm vasitə rolunu oynayır. Əlifba, sistemli, kataloq vasitəsilə oxucuların müxtəlif məzmun və istiqamətli sorğuları ödənilir. Kataloqların redaktə edilməsi, fonddan xaric edilmiş ədəbiyyatın kartoçkalarının kataloqlardan çıxarılması və yeni daxil olan ədəbiyyatın kartoçkalarının kataloqlara yerləşdirilməsi işi kitabxana mütəxəssisləri tərəfindən operativ olaraq həyata keçirilir.
Biblioqrafik xidmətin operativliyi kartotekalar vasitəsilə də təmin edilir.Mərkəzi kitabxanada tərtib edilən universal, mövzu, şəxsi və diyarşunaslıq kartotekalar daimi olaraq qəzet və jurnal məqalələrinin analitik təsviri ilə zənginləşdirilir. Ölkəmizin və regionun ictimai-siyasi, sosial-mədəni həyatı ilə bağlı gündəlik məlumatların oxuculara çatdırılmasında kartotekalar əhəmiyyətli məlumat mənbəyi rolunu oynayır. Şəxsi və diyarşunaslıq kartotekaları vasitəsilə diyarın sosial-iqtisadi, mədəni həyatı, ayrı-ayrı görkəmli elm, mədəniyyət, ədəbiyyat və ictimai-siyasi xadimlərinin həyat və fəaliyyəti təbliğ olunur. Mükəmməl, elmi tərtib olunmuş diyarşunaslıq kartotekası ölkəşunaslıq kartotekasının təkmilləşdirilməsində əsas baza rolunu oynayır.