Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Haqqımızda
4 Fevral , 2015

Metodika və biblioqrafiya şöbəsi işini günün tələblərinə uyğun olaraq aşağıdakı istiqamətlərdə aparır:

 MKS-nin kitabxanalarından, şəhər, orta məktəb kitabxanalarından və eləcə də şəhərdə yerləşən digər kitabxanalardan müraciət edən işçilərin sorğularını yerinə yetirir və metodiki-köməklik göstərir.

 MKS-lərin kitab fondlarının düzülüşünə, mühafizəsinə, kütləvi tədbirlərin keçirilməsinə kitabxana fondlarının məzmunca əhəmiyyətini itirmiş, köhnəlmiş ədəbiyyatlardan təmizlənməsinə və kataloqların düzülüşünə, illik, aylıq, plan və hesabatların yazılmasına, tədbir sənədlərinin, metodik vəsaitlərin tərtib olunmasına və kitabxananın digər işlərinə dair metodik köməklik göstərir.

    Şəki şəhərində fəaliyyət göstərən orta məktəb kitabxanaçılarına peşə ixtisasını artırmaq məqsədi ilə treninqlər təşkil edir. Treninqlərdə kitabxana fondlarının mühafizəsinə, kütləvi tədbirlərin keçirilməsinə, illik, aylıq plan və hesabatların yazılmasına, tədbir sənədlərinin tərtib olunmasına və kitabxananın digər işlərinə dair metodik məsləhətlər verilir.

   Yerlərdə kitabxana işçilərinə əyani təcrübi köməklik göstərir, metodik vəsaitlər və tövsiyələr hazırlayaraq, nəşr olunmuş vəsaitləri kitabxanaçılara çatdırır.

     Seminar müşavirələr təşkil edərək, onların nəticələrini ümumiləşdirmiş , kitabxanaların avtomatlaşdırılması ilə əlaqədar müraciət edən kitabxanaçıların sorğularını yerinə yetirərək, oxucuların mütaliəsi ilə məşğul olan kitabxanaçıların sorğularına uyğun onlara əməli və metodik kömək göstərilir.

      Hər il “Əlamətdar və tarixi günlər təqvimi” hazırlayır və bu təqvimlə metodik məktub və vəsaitlər tərtib edilir. Kitabxanaçılar öz iş planlarında , tədbirlərin keçirilməsində bu vəsaitlərdən geniş istifadə etmişlər.

       Metodika və biblioqrafiya şöbəsi bu il aşağıdakı metodiki vəsaitlər tərtib etmiş və kitabxanaçılara çatdırmışdır. Bu vəsaitlər vasitəsilə kitabxanaçılarmızı tədbirlərin keçirilməsində, sərgilərin təşkilində istifadə edirlər.

MKS-nin aldığı metodiki vəsaitlər.

 Mirzə Fətəli Axundov adına Milli Kitabxanadan “Milli Kitabxananın nəşrləri 200-2015-ci ilin əlamətdar günlər təqvimi”, Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasından “Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi günü”, “Ədəbiyyatımızın canlı həyat ədibi”(Nəcəf bəy Vəzirovun 160 illiyi), “Şeir sevən balalar” (xalq şairi İlyas Tapdığın 80 illiyi), “Türk dünyasının böyük ideoloqu” (böyük mütəfəkkir Əlibəy Hüseyinzadənin 150 illiyi), “Qələmlə çarpışan mücahid ömrü” (xalq yazıçısı Qılman İlkinin 100 illiyi), “İstiqlal mücadiləmizin parlaq siması Məmməd Əmin Rəsulzadə” adlı metodik vəsaitlərini almışıq.

     Həmçinin şöbəmizdə MKS-yə daxil olan kitablardan informasiya məlumat bülletenləri hazırlamaq.

     Metodika və biblioqrafiya şöbəsi işi bütün şöbə və filialların işini nizamlamaq və istiqamət verməkdir. Bu şöbə bütün filiallarla əlaqəli işləyir.

          Şöbədə dörd nəfər çalışır.

.