Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Haqqımızda
4 Fevral , 2015

2011-ci il oktyabr ayinda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 162 № li qərarına əsasən “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidlər”nə dair təlimatına görə respublika kitabxanalarında struktur dəyişiklikləri yarandı. Həmin qərara əsasən Şəki şəhər Mərkəzi Kitabxanasinda 2 yeni şöbə yaradıldı: “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” və “İnformasiya-resurs” şöbələri. İnformasiya-resurs şöbəsinin yarandığı gündən (2012-ci ilin yanvar ayı) şöbədə 3 nəfər işçi çalışır və işçilərin komputer kursunu bitirmələri haqda sertifikatları var. www.shaki.cls.az web saytı İnformasiya-resurs şöbəsi tərəfindən nəzarət olunur, operativ yenilənir, əlavə və dəyişikliklər edilir. Domen və hostinqin fəaliyyətini, şəbəkənin antivirus proqramını, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir. Web saytda İ.S.Nakam adına Mərkəzi Kitabxana və filiallarda kecirilən tədbirlər haqqında materiallar yerləşdirilmişdir. Bundan başqa filial işçilərinə hesabatlarin, iş planlarının, tədbir materiallarının korrektə olunması və çapına köməklik göstərir və kitabxananın cari yazılarının yığılması işi həyata keçirir.
Dövlət Proqramının 2.3.8. icrası ilə əlaqədar 30-90-cı illərdə nəşr olunmuş yerli qəzetlərin diyarşünaslığa dair materiallarının əlifbasının kiril qrafikasının latın qrafikasına çevrilməsi, informasiya daşıyıcılarına köçürülməsi işi 2016-cı ildən uğurla həyata keçirilir.