Komplektləşdirmə və kitabişləmə şöbəsi il ərzində kitabxana filialların fon-dunun lazımi ədəbiyyatla təmin olunması məqsədi ilə şöbəyə daxil olan ədəbiyyatın elmi və texniki cəhətdən işlənərək müvafiq filiallara çatdırılmasını təmin edir. 2014-cü ildə “Komplektləşdirmə və kitabişləmə” şöbəsinə 7637nüsxə - 364 adda ədəbiyyat daxil olmuşdur ki, bu ədəbiyyatın 7439 nüsxəsi Azərbaycan dilində(latın qrafikası ilə), 178 nüsxəsi digər dillərdə olmuşdur. Şöbəyə 350 ədəd – 8 adda elektron nəşrlər daxil olmuşdurki, bunlar da müvafik olaraq 21 ktabxana filiala verilmişdir.Komplektləşdirmə və kitabişləmə şöbəsi daxil olan ədəbiyyatın uçot, əlifba və sistemli kataloqunu tərtib edir, onların “İRBİS” proqramında qeydiyyatı aparılması işini həyata keçirir. Ədəbiyyatın həm ümumi uçotdan, həm də fərdi(filial kitabxananın) uçotdan çıxarılması və redaktə edilməsi təmin edilir. İlin sonunda fondun ümumi və fərdi uçotu aparılır.