Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
20 Dekabr , 2016

20 dekabr 2016-cı il tarixdə Nakam adına mərkəzi kitabxanada “Bölgənin sözü” adlı almanaxın təqdimatı keçirildi. Təqdimatda gənclər və Şəki yazarları iştirak edirdi. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyə dəstəyi ilə işıq üzü görmüşdür. Tədbiri kitabın bədii məslıəhətçisi, yazıçılar birliyinin üzvü  Vüsal Oğuz giriş sözü ilə açdı. O, bölgədə yazıçıların çətinliyindən və onlara dəstək olan qurumlardan söhbət açdı.  Kitabda şeiri çap olunan şairləri təbrik edərək onlara müvəffəqiyyət arzuladı.

         Sonra çıxış üçün sözü şair Şahid Məmmədkərimova verdi. Şahid müəllim kitab haqqında öz müsbət fikirlərini söylədi və gənc yazarlara uğurlar arzuladı.

          Şair Araz Səməd “Dünya” adlı şeirini oxuculara təqdim etdi.

         Bahar Səmin ilk  uğurlarından, poeziyanın insanın daxilinin saflaşdırdığından danışdı və “Şairlik mənim həyatımdır” söylədi.

          Tural Adışirin kitabda şeiri çap olunan hər bir kəsi təbrik etdi və “Bölgənin sözü” adlı almanaxda çap olunan şeirlərindən birini oxuculıara təqdim etdi.

         Şair Zaur İlhamoğlu “Deyirsən dost olaq” adlı şeirini oxuculara təqdim etdi.

         Bir çox təbriklər və şeirlər səsləndi. Gənclərə söz verildi. Gənclər bəyəndikləri şeir nümunələri səsləndirdilər.

         Tədbir maraqlı diskusiyalarla sona çatdı. Hər kəs bir-birinə xoş fikirlərini söylədi.