Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
30 Dekabr , 2016
30 dekabrın  2016-cı il tarixdə  MKS-nin 15 saylı kitabxana filialında  Həmrəylik Gününə həsr olunmuş ''Həmrəy olaq yurdumuzda'' adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə filialın müdiri Məmmədova Mətanət açdı. O Həmrəylik Günü haqqında geniş məruzə ilə çıxış etdi: ''Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik  və  həmrəylik yaratmaq  işində mühüm rol oynayır. 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik  Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün  ən  mühüm  bayrama  çevrilib.

Yeni il isə ikinci plana keçib.

       Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası  1989 -cu il dekabrın axırlarında Naxçıvan sərhədlərinin dagılması zamanı qoyulub. Azərbaycanlılar bu günü ilə fəxr edir  və onun qürurla qeyd edirlər''

      UYM-nin müdiri  Əliyeva Xalidə Həmrəylik günü ilə baglı məruzə etdi.İsmayılova Çimnaz ,Mustafayeva Ulduz çıxış etdilər. Tədbirin sonunda uşaqlar  və    oxucular  Həmrəylik gününə aid şerlər söylədilər
Foto Qalereya