Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 mart 2017-cı il tarixində Birinci Biləcik kənd folklor evi və MKS-nin 24 saylı kitabxana filialının, I Biləcik kənd orta məktəbi, II Biləcik diyarşünaslıq klubunun  təşkilatçılığı ilə  “Xonçalı Novruz gəlir” adlı tədbir keçirildi. Tədbiri məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Ramiz Bədiyev açaraq tədbir iştirakçılarını təbrik etdi. Səməni mahnısının sədaları altında Novruzun atributu olan Bahar qız əlində xonça və səmənisi ilə tədbirə daxil oldu. Sonra məktəbin şagirdlərinin hazırladıqları  Keçəl və kosanın “Kosa-kosa” , “Papaq atdı” oyunu ilə tədbir davam etdi.  Məktəbin şagirdlərindən Fəxriyyə, Fərid, Qonçə, Nurcan “Çərşənbələr” şerini söylədilər. İlham Mazanov “Elimizə Bahar gəldi”  mahnısını ifa etdi və tədbir iştirakçıları rəqs etdilər.  Folklor evinin direktoru Zərnişan Həsənova və kitabxananın müdiri Məkkə Məmmədova  çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər.  Xalqımızın hər il sevinclə qeyd etdiyi Novruz bayramı və onun ənənələri bu tədbirdə geniş işıqlandırıldı. Bahar qız tədbir iştirakçılarına  bayram sovqatı payladı. Tədbirdə kənd orta məktəbinin şagirdlərinin ifasında maraqlı kompozisiya təşkil edilmişdir. Kosa və Keçəlin maraqlı sərgüzəştləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. İştirakçılar arasında “Qolbasdı”, “Ağırlıq qaldırma” üzrə yarış keçirildi. Qaliblər Kosa və Keçəl tərəfindən mükafatlandırıldı. Sonda II Biləcik Diyarşünaslıq klubunun müdiri  Zinyət Nizaməddinova da tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.  Tədbirdə şagirdlər  bayram aid  şeirlər söylədilər,  mahnılar oxudular.

Foto Qalereya