Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

2017-ci ilin mart ayının 17-də MKS-nin N. Gəncəvi adına 5 saylı kitabxana filialı və 22 saylı uşaq bağçasında “Yurdumuza bahar gəlir” adlı uşaq səhərciyi keçirildi. Tədbiri giriş sözü ilə 22 saylı uşaq bağçasının müdiri Mahmudova Ruziyə xanım açaraq, novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi və sözü uşaq bağçasının metodisti Aygül xanıma verdi. Aygül xanım novruz bayramı haqqında uşaqlara və valideynlərə geniş  məlumat verdi:

            “Tarixi, çox qədim olan novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə novruz bayramı da bu gündə keçirilir. Deməli, novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar. Novruz bayramının Novruz süfrəsi, Novruz xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir.”

             22 saylı uşaq bağçasının uşaqları novruz bayramına həsr olunmuş şerlər söylədilər, mahnılar oxudular, milli paltarda rəqs etdilər, “Turp” və “Tıq-tıq xanım” nağılının qəhrəmanlarını canlandırdılar. Al-əlvan boyanmış yumurtaları döyüşdürdülər. Sonda “Yurdumuza bahar gəlir” adlı sərgiyə baxış oldu.

Foto Qalereya