Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 mart 2017-ci il tarıxdə MKS-nin 7 saylı və 12 saylı kitabxana filialları birlikdə bahar bayramının gəlişı münasibətilə  “Novruz gəlir, yaz gəlir”  mövzusunda  ədəbi- bədii gecə kecirdi. Tədbiri giriş sözü ilə 12 saylı kitabxananın müdiri Kərimova Səhər açdı. O,tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını  Novruz bayramı münasibətilə təbrik etdi və bayramın adət və ənənələri haqqında oxuculara qısa məlumat verdi. Sonra söz fəal oxuculardan olan tədbir iştirakçılarına verildi. Fəal oxuculardan Əliyeva Munisə “Bahar gəlir”, İslamova  Elmira  ”Yaz gəlir”, Niyazova  Nigar  “Novruz gülü”,   Abduzərli Türkan  “Yasəmən”,  Abbaszadə Pərvin  “Bahar gəldi” və s.  şeirlərini söylədilər.  Tədbir çox  əyləncəli  keçdi. Sonda kitabxana işçiləri tədbir iştirakçılarına və tamaşaçılara təşəkkür etdilər.


Foto Qalereya