Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 mart   2017-ci il tarixdə  MKS-nin  A.S.Puşkin adına 6 saylı kitabxana filialında  21 Mart  Novruz  bayramı  münasibətilə  “Bahar ətirli Novruz” adlı ədəbi-bədii gecə keçirildi.

   Tədbirdə kitabxananın fəal oxucuları  və 9 saylı məktəbin şagirdləri gecədə  iştirak etdilər. Tədbiri kitabxananın müdiri Paşayeva Günel açdı və qədim Novruz bayramı haqqında  oxuculara  geniş  məlumat  verdi.  Novruz  bayramının qədim adət-ənənələri olan tonqal  üstündən hoppanmaq, papaq atmaq, qulaq asmaq, yumurta döyüşdürmək, səməni cücərtmək, xonça  düzəltmək və.s. kimi adətlərindən danışdı.

   Tədbirdə şagirdlərdən  və fəal oxuculardan    İbrahimxəlilov  Nihad  “Qodu-qodu”, Yusifli Saleh  “Bahar gülür”,  Bünyadzadə  Şahnur  “Kosa-kosa”, İbrahimxəlilov İbrahim “Səməni” şeirlərini söylədilər.

   Sonda filial müdiri Paşayeva Günel  ədəbi-bədii  gecədə iştirak edən hər kəsə öz minnətdarlığını bildirdi və hamının Novruz bayramını təbrik etdi.

 

 

Foto Qalereya