Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 Mart 2017-ci il tarixdə MKS-nin 56 saylı kitabxana filialı,  Oxud kənd folklor evi və  Ə.Cəbrayılov adına tam orta  məktəblə birgə təşkilatçılığı ilə birlikdə “Xonçalı Novruz gəlir” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Novruza aid hazırlanmış fləşmol ilə başlandı.  Tədbiri məktəbin direktoru Murad İsmayılov açdı. O, Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Novruz bayramı haqqında geniş məlumat verdi. Sonra Əfsərli İlahə “Novruz gəlir, Yaz Gəlir” mahnısını ifa etdi. Çərşənbələr haqqında kitabxananın müdiri Eminova Səlamət ətraflı məlumat verdi. Qulaq falı, tapmacalar, 21 sual oyunu şagirdlərin ifasında işıqlandırıldı. Qasımlı Qumralın ifasında “Bənövşə” mahnısı səsləndi. Hüseyn Arifin “Sırr deyilmi” şeirini Məmmədova Gültac söylədi.

Məktəblilərin hazırladığı “söz” oyunu, “Alma” oyunu hamının ürəyincə oldu.  Kosa və Keçəlin tədbirə gəlişi tədbiri daha da rəngarəng etdi. Tədbir çox maraqlı keçdi. 

Foto Qalereya