Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 Mart 2017-ci il tarixdə MKS-nin 38 saylı kitabxana  filialı,  Çapağan kənd əsas məktəbi ilə  birlikdə məktəbin həyətində  Novruz şənliyi keçirildi.

Şənlikdə kəndin ağsaqqalı təqaüdçü, İdman üzrə elmlər doktoru Məmməd Nəsrullayev öz ailəsi ilə birlikdə iştirak edirdi.

Şagirdlər Ləman Qocayeva, Sevinc Babayeva, Vüqar Həmidov, Nihat Məmmədov, Səid Kərimov, Turanə Hacıağayeva, Novruza aid şeirlər, nəğmələr, kiçik səhnəciklər göstərdilər.

Sonra məktəbin direktoru söz alaraq uşaqları təbrik etdi, onların təhsildə və həyatda can sağlığı arzu etdi.

 

Foto Qalereya