Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 mart 2017-ci il tarixdə MKS-nin 25 saylı kitabxana filialı, Şəki kənd mədəniyyət evində, mədəniyyət evi ilə birlikdə Novruz bayramı münasibəti ilə “Novruz  yeni arzuların bayramıdır” adlı tədbir keçirdilər. Tədbiri Şəki kənd mədəniyyət evinin müdüru R.Hüseynov yoldaş açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi və öz arzularını tədbir iştirakçılarına çatdırdı. Həmçinin kitabxananın müdiri  F.Həsənova və kitabxanaçı K.Atayeva da öz təbriklərini çatdırdılar. Baharın simvolu olan Bahar qız əlində səməni ilə tədbirə daxil oldu. Keçəl və Kosa da öz gəlişləri ilə tədbiri bir daha canlandırdı. Balaca fidanlar öz şeirləri, rəqsləri ilə , mini tamaşaları ilə tədbir iştirakçılarının üzündə təbəssüm yaratdı. Tədbir beləliklə başa çatdı.

Foto Qalereya