Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 mart 2017-ci il tarixdə MKS-nin Aşağı Daşağıl kənd 45 saylı kitabxana filialında Novruz bayramı ilə əlaqədar “Elimizə Bahar gəlir” adlı ədəbi-bədii gecə keçirildi.

    Tədbiri  kitabxananın  müdiri Səmədova Bənövşə açdı.O, Novruz bayramı, onun adət-ənənələrindən geniş məlumat verdikdən sonra, sözü klub müdiri Abdulsadıqova Sənubərə verdi. Sonra məktəblilər Kos-kosa oyunlarını, yumurta döyuşməsini və Bahar qızın gəlişini tədbir iştirakçılarına göstərdilər. Şagirdlərdən Ayxan və Türkan Novruz bayramına həsr edilmiş  “Xonçalı Novruz gəlir” mahnısını ifa etdilər.

Məktəblilər birlikdə “Novruz gəlir”, “Bahar bayramı” və ayrı mahnılar oxudular və rəqs etdilər.