Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 mart  2017-ci il    tarixdə  MKS-nin 35 saylı  kitabxana    filialı “Elimizə bahar gəlir” adlı Novruz tədbiri keçirildi. Tədbir Cəfərabad kənd orta məktəbində təşkil edilmişdir.

  Tədbirdə Cəfərabad kənd Diyarşünaslıq klubunun işçiləri, MKS-nin 35 saylı kitabxana işçiləri, məktəbin müəllimləri, valideyinlər və şagirdlər iştirak edirdilər.

  Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülalıyev Gülalı açdı.

  Sonra söz Diyarşünaslıq klubunun müdiri Əmrahov Həsrətə verildi.

  O cümlədən bir neçə valideyin Novruz haqqında çıxış etdi.

  Sonra tədbirin bəddi hissəsi başladı.

  Bahar qızı öz gəlişi ilə tədbiri canlandırdı.

  Məktəbin şagirdləri Əliyev Amil, Əmrahova Sevinc Bahara aid ifa etdikləri mahnılar,  Muradov Nicat sazda ifası  hərkəsi sevindirdi.

    Sonra 9-cu sinif şagirdləri Novruza aid  bir neçə səhnəcik göstərdilər.

  Uşaqlar Kosa və Keçəli qarşıladılar.

  Tədbir çox təntənəli keçdi.  

  Tədbirin sonunda məktəbin Uşaq Birliyinin Rəhbəri Süleymanova Könül qonaqlara təşşəkürünü bildirdi.

Foto Qalereya