Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Mart , 2017

17 mart 2017 ci-il tarixində MKS-nin N.Nərimanov adına 8 saylı kitabxana filialında Bahar Bayramı ilə əlaqədar “Bahar gəldi, Yaz gəldi” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Kərimova Maisə açdı, Novruz bayramı haqqında, onun yaranma tarixi haqqında məlumat verildi: “Yurdumuza bahar gəlir. Gülüş təbəssüm, fərəh rəmzi olan bahar və bu baharda həmişə olduğu kimi öz gəlişi ilə insanlara, xoş ovqat yaradıb. Çatılan tonqalların işığı sanki baharın yoluna nur saçır, ona xoş gəldin deyir, təbiətin bu istəkli gözəlini qarşılayır.

Qədimdən bu günəcən yaşayan və yaddaşlarda özünə yuva quran “Novruz” bayramıdır. Bu bayram yalnız öz adət-ənənələri ilə deyi, həmçinin milli-mənəvi xüsusiyyətləri ilə xalqın yaddaşında yaşayır. İnsan qısa ömrü ərzində hiss etmişdir ki, gunəş 24 saat ərzində çıxdığı yerdən bir də çıxır. Vahid zaman kəsişdiyi qış gəlir, yaz gəlir, yay, payız özünü hər il təkrar edir. Bu təkrar və özünütəsdiqin içərisində gündüzlə gecənin boyunun birləşdiyi vaxt martın 21-dən 22-nə keçən gecə də insanın nəzərindən yaranmadı. Bu qışın sonu, yazın ilk günü idi.

Zərdüştün dini təlimində qeyd olunan 7 bayramın ən təntənəlisi “Novruz” (Yeni gün) adı ilə qeyd olunmalıdır.”

 Sonra tədbirə Kosa və Keçəlin gəlişi tədbiri dahada maraqlı etdi. Sonda tədbir iştirakçıları yumurta döyüşdürdülər. rəqs etdilər.

Foto Qalereya