Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
20 Yanvar , 2014

Şəki şəhər Mərkəzi Kitabxananın Nizami Gəncəvi adına 5 saylı filialında 20 Yanvar faciəsi ilə əlaqədar “Analar anar, ağlar” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükütla yad edildikdən sonra başladı. Tədbiri giriş sözü ilə filialın müdiri Məsimova Reyhanə açdı. O, tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında geniş məlumat verdi: “Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.” Sonra söz AMİ-nin Şəki filialının müəllimi Kamil Adışirinova verildi. O, da tədbir iştirakçılarına 20 Yanvar faciəsiəsinin canlı şahidi olduğunu və həmən faciə haqqında geniş məlumat verdi. Sonda kitabxananın fəal oxucuları olan məktəb şagirdləri H.Məmməd, H.Səyalı, İsayeva D, H. Zərifə 20 Yanvara həsr olunmuş şerlər söylədilər. Sonda “Şəhidlik ölməzlikdir” başlıqlı sərgiyə baxış oldu.