Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
27 May , 2017

27 may  2017-ci il tarixdə Şəki şəhər İ.S.Nakam adına Mərkəzi kitabxanada MKS-nin kitabxana sahəsində çalışan işçilərinin aylıq seminar müşavirəsi (peşə günü) keçirildi. Seminarı daha səmərəli keçirmək üçün bütün işçilərin iştirakı ilə aktual mövzular müzakirə olundu. Seminar müşavirə aşağıdakı məsələlərə həsr olunmuşdu: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı MKS işçilərinin qarşısında duran vəzifələr”ə, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar kitabxana filiallarda keçiriləcək tədbirlər haqqında”, “Milli Qurtuluş Günü ilə əlaqədar kitabxana-filiallarda görüləcək işlər haqqında”, “Milli Silahlı Qüvvələr Günü ilə əlaqədar kitabxana filiallarda görüləcək işlər haqqında“, “2017-ci ilin iyun ayı üçün iş planlarının müzakirəsi və təsdiqi”nə

       Peşə gününü MKS-nin direktoru S.Vahabov açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı MKS işçilərinin qarşısında duran vəzifələrdən danışaraq bildirdiki, 16 may 2017-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncamla əlaqədar olaraq  kitabxana işçiləri il boyu Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi, fəaliyyəti haqqında geniş həcmli sərgilər, mühazirələr, elmi-nəzəri konfranslar, şeir müsabiqələri,  söhbətlər və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kitabların biblioqrafik icmalı keçirilməlidir

        Uşaq   bölməsinin müdiri M. Rəsulova Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar kitabxana filiallarda keçiriləcək tədbirlərdən danışaraq dedi ki,Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyun ayının 1-dən etbarən BMT Baş Assambleyasının qərarı ilə qeyd olunmağa başlamışdır. Mərkəzi kitabxananın Uşaq şöbəsində və kitabxana filiallarda 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulmalıdır.

       “Uşaqlar nurlu sabahımızdır”, “Gəlin dünyanı uşaqlar naminə qoruyaq”, “Uşaqlar xöşbəxtlik  meyarıdır”, “Uşaq təbəssümü isidir canı, uşaq aləminin əvəzi hanı?” və sairə mövzularda uşaq səhərcikləri, şeir günləri, diskussiyalar, söhbətlər  keçirilməlidir.

      Milli Qurtuluş Günü ilə əlaqədar kitabxana-filiallarda görüləcək işlər haqqında       Səki şəhər MKS-nin Metodika və biblioqrafiya şöbəsinin böyük  metodisti İbrahimxəlilova R.  danışdı.  Bildirdi ki,Milli Qurtuluş Günü ölkəmizdə geniş miqyasda qeyd olunur. Bu münasibətlə Şəki şəhər MKS-nin kitabxana  filiallarında  da bir sıra tədbirlər keçirilməlidir.

      “Taleyimizə yazılan tarixi bir gün”, “Tarixi qaydış və xalqın qurtuluşu”, “15 iyun  Milli Qurtuluş səhifəmiz”, “Azadlığın əzablı yolu”, “15 iyun tarixin dönüş anı”, “Milli Qurtuluş günü Azərbaycanın yaranma tarixidir”, “Qurtuluş taleyimizə doğan günəş”, “15 iyun tariximizin mühüm mərhələsinin başlanğıcıdır” və sairə mövzularda sərgilər təşkil olunmalı və söhbətlər, mühazirələr  keçirilməlidir. Kitabxan filiallarda tərtib olunan divar qəzetlərində Milli Qurtuluş Günü münasibətilə məqalələr işıqlandırılmalıdır.Həmçinin  uşaq  şöbəsində bu günlə bağlı  şeir günləri, “Milli Qurtuluş Günü haqqında nə bilirsiniz?” adlı sual- cavab gecəsi keçirilməlidir.      

    Səki şəhər MKS-nin Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Əhmədova N.  Milli Silahlı Qüvvələr Günü  ilə əlaqədar kitabxana-filiallarda görüləcək işlər haqqında danışaraq bildirdi ki, 26-İyun tariximizin  əlamətdar  səhifələrindən biri Azərbaycan Milli Ordusunun yarandığı gündür. Bu tarixi gün hər il lazımi səviyyədə qeyd olunur. 1918-cı il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti  hökuməti ilk Milli Diviziyanın və Hərbi Nazirliyinin yaradılması barədə qərar qəbul etmişdir.

       İyun ayının 26-da ilk hərbi korpusun diviziya statusunda  yaradılması barədə qərar qəbul edilmiş, Azərbaycan  Milli  Ordusunun təməli qoyulmuşdur.

       1919-cu il Milli ordu quruculuğunda həlledici mərhələ olmuşdur. Ordunun yaradılması prosesi 1920-ci il yanvar aynda əsasən başa çatmışdır.

Azərbaycan Respublikası prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən əlahiddə Azərbaycan korpusunun yarandığı gün 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

        MKS-nin kitabxana-filiallarında 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə sərgilər təşkiı olunmalı, müxtəlif tədbirlər həyata keçirilməlidir. Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə “Silah ən ehtibarlı köməkçidir”, “Vətəni qorumaq ordumuzun şərəfi və borcudur”, “Ordun varsa yurdun var”, “Güclü ordu güclü dövlət deməkdir”, “Bizim gücümüz  bizim birliyimizdir” və sairə mövzularda mühazirələr, söhbətlər təşkil olunmalı, orduda xidmət edən gənclərin ailələri ilə görüşlər keçirilməlidir.

Seminar müşavirənin sonunda Şəki MKS-nin kitabxana sahəsində çalışan işçiləri “Peşə günü”nün  təşkil  edilməsinə  görə  rəhbərliyə  öz  təşəkkürlərini  bildirdilər.