Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Görkəmli şəxsiyyətlər
10 Fevral , 2015

Molla Cümə 1854-cü ildə anadan olmuşdur. Savadlı olduğu üçün “molla” təxəllüsü verilmişdir. Şəkinin Baş Göynük mahalının Layısqı kəndində dünyaya göz açan aşığın yaradıcılğında klassik aşıq şerini şöhrətləndirən, ona əbədilik hüququ qazandıran əsas cəhət məzmun və forma zənginliyi ilə yanaşı, onların bir vəhdət, bütövlük təşkil etməsidir. O,əsasən, qoşma, gəraylı və müxəmməslər yazmışdır. Aşığın şerlərinin çoxu məhəbbət mövzusundadır və “İsmi-pünhan” adlı gözələ müraciət formasında yazılmışdır. ”İsmi-pünhan“ın real bir surət olması şübhəsizdir. Aşığın “Neylədin dünya”, “Hayıf oldu”, “Axtarın”, ”Alar bəzənir”, “Ey dost” rədifli qoşmalarında “İsmi-pünhan”ın dünyasını dəyişməsi və ona bununla bağlı kədərinin sonsuz olduğunu ifadə etmişdir. Aşığın “Oldum” rədifli qoşmasında ehtiyacla bağlı daxili hissləri üstünlük təşkil edir. Onun şeirlərinə musiqi yazılmış və bir çox nümunələr yaradılmışdır.