Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Görkəmli şəxsiyyətlər
10 Fevral , 2015

Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Azərbaycanın musiqi tarixində Şəkili Ələsgər adı ilə tanınmışdır. O, uşaqlıqdan xalq musiqisini sevmiş, 20 yaşından xanəndəlik etməyə başlamışdır. 1902-ci ildə Bakıda Şərq konsertlərində müvəffəqiyyətlə çıxış etmişdir. Məlahətli və zil səsi ona Zaqafqaziya və İranda şöhrət qazandırmışdır. 1914-cü ildə “Ekstrafon” səhmdar şirkəti Kiyevdə onun səsini vala yazmışdır. Şəkili Ələsgər Azərbaycan musiqi tarixində “Rahab” muğamının gözəl ifaçısı sayılır. Hal-hazırda Şəkidə fəaliyyət göstərən Musiqi Texnikumu onun adını daşıyır.