Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Görkəmli şəxsiyyətlər
10 Fevral , 2015

Əlövsət Sadıqov 1906-cı ildə Şəkidə anadan olmuşdur. Lirik, tenor səsə malik Azərbaycan müğənnisi idi. 1956-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında oxumuş, Azərbaycan Opera və Balet teatrının 1963-cü ilə qədər solisti olmuşdur. O, güclü zil səsə, gözəl zəngulələrə malik sənətkar idi. Ə.Sadıqov Qərib (“Aşıq Qərib”, Z.Hacıbəyov), Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm"), və b. rolların əvəzsiz ifaçısı kimi tanınmışdır. Azərbaycan xalq mahnılarının, muğamlarının ifaçısı kimi də məşhur olmuşdur. Dəfələrlə SSRİ-nin bir çox şəhərlərində, həmçinin 2 dəfə İranda qastrol səfərində olmuşdur. “Şərəf Nişanı” ordeni və medallarla təltif edilmişdir.