Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Görkəmli şəxsiyyətlər
10 Fevral , 2015

 Quliyev Cavanşir Rəhim oğlu — tanınmış Azərbaycan bəstəkarı.

1950-ci il noyabrın 22-də Şəkidə anadan olub.

1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Diplom işi kimi "Birinci simfoniya"sını yaradıb. 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimi kimi çalışıb.

1993-2005-ci illərdə Azərbaycan Milli Akademik Dram Teatrının musiqi hissə müdiri vəzifəsində çalışıb.

2005-ci ildən Quzey Kıbrıs Türk Respublikasındakı Ya­kın Doğu Universitetinin səhnə sənətləri fakültəsində dərs deyir.

ABŞ, Almaniya, Finlandiya, Türkiyə, Polşa, Rumıniya, Slovakiya, Yuqoslaviya, İsrail, Bolqarıstan, Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Ermənistan, Özbəkistan və Kıbrısa yaradıcılıq ezamiyyətlərində olub və əsərləri adları çəkilən ölkələrdə ifa olunmuşdur.

C.Quliyev iki operettanın – "Məhəbbət oyunu" və "Yeddi məhbusə "nın, dörd simfoniyanın, simfonik orkestr və zurna üçün" Uvertüranın" , iki simli kvartetin, nəfəsli alətlər üçün kvartetin, skripka və saz üçün sonatanın, violonçel, fleyta və saz üçün "Karvan" musiqinin, simli orkestr üçün "Dastan" əsərlərinin, 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə yazılmış, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir.

Bəxtiyar Vahabzadə, D.Mustafayev, Y.Həsənbəy, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Hamlet İsaxanlı və digər şairlərin sözlərinə mahnılar mahnılar bəstələmişdir.

Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982)

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992)

"General Məhəmməd Əsədov" mükafatı (1993)

Şəhriyar ad. mükafatın laureatı (1995)

Avropa Türk-İslam birliyinin qızıl medalı- Almaniya (1997)

"Humay" mükafatı laureatı (2000)

"Qızıl dərviş" mükafatı laureatı (2001)

 

Əsərləri

Zurna və orkestr üçün Üvertüra (1980);

Fleyta, saz və violonçel üçün "Karvan" (2000);

Simli orkestr üçün "Dastan" (2001);

"Məhəbbət oyunu" Operettası /libretto – Q.Rəsulov/ (2001).

 Filmoqrafiya

Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-bəstəkar, şeri oxuyan

Ağ atlar üçün vals (film, 1987)(tammetrajlı televiziya tamaşası)(Aztv)

Ağ dünya (film, 1995)

Araqarışdıran (film, 1987)

Arxada qalmış gələcək (film, 2005)

Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)

Bəxtiyar Vahabzadə (film, 1987)

Canavar balası (film, 1997)

Cavid ömrü (film, 2007)

Çalalar (film, 2000)

Çətin məsələ (film, 1988)

Daş yaddaş (film, 1986)

Dirsə xanın oğlu Buğacın boyu (film, 2000)

Dünya bir pəncərədir (film, 1990)

Etiraf (film, 1992)

Əzablı yollar (film, 1995)

Fatehlərin divanı (film, 1997)

Fəryad (film, 1993)

Girişmə, öldürər! (film, 1990)

Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995)

Gülüş sanatoriyası (film, 1989)

Günahsız Abdulla (film, 1984)

Güzgü (film, 1990)(II)

Haray (film, 1990)

Həqiqətin anı (film, 1984)

Xeyir və Şər (film, 1980)

İtkin gəlin (film, 1994)

Kəndlərin harayı (film, 1987)

Qayıdış (film, 1992)

Qəm pəncərəsi (film, 1986)

Qırmızı qar (film, 1998)

Qocalar, qocalar... (film, 1982)

Lətifə (film, 1989)

Məhv olmuş gündəliklər (film, 1999)

Mənim ömür nəğmələrim (film, 2003)

Mirzə Kazım bəy (film, 1983)

Muğam (film, 1995)

Muğamat var olan yerdə... (film, 2009)

Nigarançılıq (film, 1998)

Salur Qazanın evi talandığı boy (film, 2001)

Sənsiz (film, 1989)

Sonuncu məhəbbət (film, 1985)

Sonuncu orden (film, 2002)

SOS (film, 1988)

Sovet Azərbaycanı (film, 1982)

Sübhün səfiri (film, 2012)

Süd dişinin ağrısı (film, 1987)

Şeirin xəzrisi (film, 2000)

Şirbalanın məhəbbəti (film, 1991)

Taleyin qisməti (film, 1996)

Tikdim ki, izim qala. II film (film, 1997)

Yağışdan sonra (film, 1998)

Yarımçıq təsərrüfatlar (film, 1988)

Yarımştat (film, 1996)

Yaşıl eynəkli adam (film, 1987)

Yaşıl eynəkli adam-2 (film, 1999)

Yaşıl eynəkli adam-3 (film, 2002)

Yeniləşmiş diyar (film, 1984)

Yumurta (film, 2003)

 

Teatr tamaşalarına musiqi

M. F. Axundov "Xırsquldurbasan" /rejissor: Cahangir Novruzov/Şəki D. D. Teatrı/"

"Hərənin bir ulduzu" /rej: H. Atakişiyev/Şəki D. D. Teatrı/"

"Evlərin axşamları"/Şəki D. D. Teatrı/"

"Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif – İ.Əfəndiyev/ (1991);

"İydə ağacı" /müəllif – İ.Əfəndiyev/ (1992);

"Özümüzü kəsən qılınc" /müəllif – B.Vahabzadə/ (1999);

"Dar ağacı" /müəllif – B.Vahabzadə/, "Aydın" /müəllif – C.Cabbarlı/ (2000).

[redaktə]Məqalələri

"Azərbaycan mahnısı: Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, №1, 1999; Musiqili kompüter proqramları. "Musiqi dünyası", №2, 2000.