Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Rayon haqqında
10 Fevral , 2015

Şəki Azərbaycanın şimal-qərb coğrafi zonasına, Şəki-Zaqatala iqtisadi rayonuna aiddir

Ərazisi - 2.43 min kv.km.
Əhalisi - 179.4 min nəfər. O cümlədən, kənd əhalisi -109.2 min nəfər, şəhər əhalisi- 70,2 min nəfər. Əhalinin sıxlığı 1 kv.km-də 73 nəfər. Əhalinin ümumi sayından 88,98 min nəfərini və ya 49,6 faizini kişilər, 90,42 min nəfərini və ya 50,4 faizini qadınlar təşkil edir. Əhalinin 39,1 faizi şəhərdə, 60,9 faizi isə kənddə yaşayır.
Rayonda 278 Qarabağ Müharibəsi Veteranı, 29 nəfər II Dünya Müharibəsi Veteranı var. Rayonun 11 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 610 nəfər Prezident Təqaüdçüsüdir.
Şəki rayonunda 1268 qaçqın və 4933 məcburi köçkün məskunlaşmışdır.

İnzibati ərazi vahidlərinin sayı - 1 şəhər, 2 qəsəbə, 68 kənd.

Rayonda 2 qəsəbə və 31 kənd icra nümayəndəliyi, 1 şəhər bələdiyyəsi, 39 kənd bələdiyyəsi mövcuddur.
Rayonda 343 idarə və təşkilat, 17 bank filialı, 14 mehmanxana, 1 rabitə və 1 poçt müəssisəsi fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisə “Şəki-İpək” ASC-dir.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 88 min nəfərdir ki, bunların da 43,6 min nəfəri kənd təsərrüfatında, 2,9 min nəfəri sənayedə, 8,84 min nəfəri tikintidə, 7,9 min nəfəri təhsildə, 2,4 min nəfəri səhiyyədə, 22,3 min nəfəri digər sahələrdə fəaliyyət göstərir.

İqlimi - alçaq dağlıq zonalarda mülayim və isti, orta və yüksək dağlıq zonalarda isə soyuq iqlim tipi xarakterikdir. Orta illik temperatur dağ ətəyi ərazilərdə 10 dərəcə, yüksək ərazilərdə isə 0 dərəcədən aşağıdır.
Əsas çayları - Kiş, Şin, Daşağıl və Dəyirmanarxı ilə Qurcana çaylarıdır.
Əsas sənaye sahələri - ipəkçilik , yeyinti, toxuculuq, tikinti materialları.
Əsas kənd təsərrüfatı sahələri - taxılşələq, üzümçülük, tütünçülük, heyvandarlıq, meyvə və giləmeyvə.
Nəqliyyat – Şəkini Azərbyaycanın digər rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi - dəmir yolu və avtomobil yolları birləşdirir.
Azərbaycanın paytaxtı Bakıdan Şəkiyədək olan məsafə 305 km-dir.

İqtisadiyyat: Hazırda rayon üzrə məşğul əhalinin sayı 88000 nəfərdir ki, bunların da 43600 nəfəri kənd təsərrüfatında, 2900 nəfəri sənayedə, 8840 nəfəri tikintidə, 7946 nəfəri təhsildə, 2436 nəfəri səhiyyədə, 22278 nəfəri digər sahələrdə fəaliyyət göstərir. Məşğul əhalinin 15363 nəfəri dövlət mülkiyyəti, o cümlədən 13573 nəfəri büdcə təşkilatlarının payına düşür.
2013-cü ildə müqayisəli qiymətlərlə məhsul istehsalının həcmi artaraq 332004,0 min manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyalarin həcmi 91184,0 min manat olmuşdur Pərakəndə əmtəə dövriyyəsi 246459,0 min manat təşkil etmişdir, orta aylıq əmək haqqı 2.4 faiz artaraq 238.3 manat, sənayede çalışan işçilərin əmək haqqı 317.2 manat olmuşdur. 2013-cü il ərzində 1656 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir.