Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Rayon haqqında
10 Fevral , 2015

Orta əsrlərə aid mənbələrdə Şəkinin adı Şaki, Şəka, Şakki və s. kimi adlandırılmışdır. 18-ci əsrin ortalarında Şəki şəhərinin yaxınlığındakı Nuxa şəhəri Şəki xanlığının mərkəzi olduqdan sonra köhnə Şəki şəhəri tarix səhnəsindən silinib getdi.
Qədim müəlliflərdən Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. Abbasqulu Ağa Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerləşdiyi ərazinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayilirdi. A.Y.Krimski də Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əlehdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa İberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövrdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir. Mülahizələr var ki, "Şəki" adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da kiçik Asiyaya hərəkət edən Sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.