Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Rayon haqqında
10 Fevral , 2015

Hal-hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef müxtəlifliyi şəhərin tikiliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. Əsasən XVIII əsrdə qurulmuş şəhər XIX əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olmaqla, burada insanlar tərəfindən yaradılmış memarlıq inciləri ilə bəzədilmiş bir diyardır. Şəkinin gözəlliyi yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə şəhərdə hər bir ev öz bağı və möhtəşəm hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir-birindən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdır. Şəhərdə keçmişdən qalma məhəllə və küçə adları indiyə qədər qorunub saxlanmaqdadır. Şəkinin planlaşdırılmasına qismən mənfi təsir göstərən əsas amil isə yerləşdiyi ərazinin qeyri-sabit relyefə malik olması idi. Belə ki, küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilməklə qurulub. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq salınıb. Şəhərin mərkəzi hissəsində isə əsas əsas küçələrin formalaşdırılmasında Qurcana və Dəyirmanarxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bunu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətləri 1862-ci ildə həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çatqal dərəsi, Giləhli, Yuxarıbaş, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşiyi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkərlar, Dabaqxana və s.
Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli su ilə Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir. Təpəli və dağınıq relyefə sahib olan Şəkinin bir neçə ayrı-ayrı hissələrə bölünməsi nəticə etibarı ilə burada gözəl bir təbii mənzərənin yaranmasına səbəb olmuşdur. Şəkidə elə bir mövqe tapmaq mümkün deyil ki, oradan şəhərin tam görünüşünü seyr etmək olsun. hər hansı bir tərəfdən Şəkiyə baxdıqda, onun yalnız ən çoxu üçdə bir hissəsini görmək olar. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da gözəgəlimli edir.