Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
16 Avqust , 2017
Azərbaycan ədəbiyyatının,  bütövlükdə  XX əsr  poetik fikrinin görkəmli nümayəndəsi, xaıq şairi Bəxtiyar Vahabzadənin adı təkcə  respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli  ictimai  xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfü deyil ki, onun əsərləri- şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar  və köhnə sovet birliyinə dahil olan bir çox xalqların dillərinə tərcümə edilmiş  və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır. Bəxtiyar  Vahabzadə  Mahmud oğlu   1925-ci ildə Şəkidə doğulmuş , 1934-cü ildə  ailəsi ilə bərabər  Bakiya köcmüşdür. 1942-ci ildə  orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib  universitet nəzdində aspiranturaya qəbul olunmuşdur. 1951-ci ildə “S.Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə  “S.Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır. Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə yazıçılar İttifaqının üzvülüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı Bəxtiyar Vahabzadə 40 ildən artıq universitetdə dərs demiş, 1990-cı ildən təqaüdə çıxmışdır. 1980-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi seçilmişdir. B. Vahabzadə 70- dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi  publisist  kitabın və  yüzlərlə məqalənın   müəllifidir.

       O, tarixi və müasir mövzuda  20–dən artıq iri həcmli poemanın müəllifidir.  O, 1974-cü ildə əməkdar incənət xadimi, 1975-ci il respublika , 1984-cu ildə isə SSRİ Dövlət Mükafatı laureatı  adlarına laik görülmüşdür. 1985-ci ildə ona “Xalq şairi” adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli  azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.