Şəkidə əhalinin mənəvi aləmini zənginləşdirən və formalaşdıran əsas təşkilatlardan biri də Şəki Mərkəzləşdirilmiş Kitabxanalar Sistemidir. MKS Şəki mədəniyyət və turizm şöbəsinin ən böyük qurumudur. Şəkidə kitabxana işinin tarixi qədimdir. İlk kitabxana 1920-ci ildə Şəki şəhərində qiraət evi kimi fəaliyyətə başlamışdır. 1978-ci ildə Şəki kitabxanaları mərkəzləışdirilmiş qaydada fəaliyyət göstərməyə başlamışdır. Azərbaycanda istisna hal kimi Şəkinin ərazi- inzibati bölgüsünə uyğun iki sistem fəaliyyət göstərirdi. Şəki rayon və Şəki şəhər MKS-ləri. Şəki rayon MKS-nin mərkəzi kitabxanası M.F.Axundovun adını daşımaqla 63 kənd kitabxanasını özündə birləşdirirdi. Şəki şəhər MKS isə mərkəzi kitabxana İsmayıl bəy Nakamın adını daşımaqla 20 şəhər kitabxanasını özündə birləşdirirdi. 1991-ci ildə Azərbaycan Respublikasının Prezidentinin “Şəkinin inzibati-ərazi bölgüsündə dəyişikliklər”lə bağlı olaraq Şəki rayon və şəhər MKS-ləri şəhər statusunda birləşdirildi. Nəticədə Şəki şəhər MKS formalaşdı. Hazırda Şəki Şəhər MKS-nin strukturunu İ.S.Nakam adına mərkəzi kitabxana və 64 kitabxana filial təşkil edir.
Ümumiyyətlə, Şəki MKS Şəkinin şəhər və kənd ərazisində olan oxucuların mənəvi aləmini formalaşdırmaq üçün ideoloji, informasiya və mədəni-maarif vəzifələrinin yerinə yetirir.
Şəki MKS-nin fondunda 3 dildə- azərbaycan,rus, ingilis dillərində ədəbiyyat oxucuların istifadəsindədir.
İ.S.Nakam adına Mərkəzi Kitabxanada oxuculara xidmət, Üşaq şöbəsi, Metodika-biblioqrafiya, Kitabxana -biblioqrafiya proseslərinin avtomat laşdırıl- ması, İnformasiya-resurs şöbələri fəaliyyət göstərir.
Şəki rayon Mərkəzi Kitabxanasında Azərbaycan Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli qərarına əsasən Mərkəz i Kitabxanada struktur dəyişikliyi edilmiş və yeni şöbələr , Kitabxana –biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya-resurs şöbələri yaradılmışdır.
2010-cu ildən Şəki MKS-nin Nakam adına Mərkəzi Kitabxanasında İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi Müvəffəqiyyətlə fəaliyyət göstərir Elektron kataloq
kitabxanaya daxil olan yeni ədəbiyyatı
və kitabxananın fondlarında olan nəşrləri
aşağıdakı bazalar vasitəsilə özündə
əks etdirir.
- Irbis kitablar
- Retro kitablar
- Uşaq ədəbiyyatı
- Elektron disklər
- Elektron kartoteka 20110-2013
- Diyarşünaslıq kartotekası
- Yeni kitablar
- Diyaşünaslıq kitablar
Şəki MKS-i 2010-cu ildən (EБНИТ) Elektron Kitabxana İstifadəçilərinin və Beynəlxalq Yeni İnformasiya Texnologiyaları Assosia-
siyasının üzvüdür.
Kitabxana istifadəçilərinə yeni iş metodları ilə xidmət
- Kitabxana-biblioqrafiya pros. Avtomatlaşdırılması ş.
- İnformasiya-resurs ş.
- Elektron kataloq
- İRBİS-64
- SD-ROM, elektron kitablar, virtual xidmətlər
- İnternet
- Kitabxananın www.shaki.cls.az saytı oxucuların istifadəsindədir.