Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
1 Noyabr , 2017

                 Yer  kürəsini   uşaqlar  üçün  qoruyaq.

20  noyabr 2017-ci  ildə  MK-nın  Uşaq  şöbəsində  Beynəlxalq  Uşaq   Hüquqlarının  Müdafiəsi   Günü   ilə  əlaqədar    “Yer  kürəsini  uşaqlar  üçün    qoruyaq”  adlı  uşaq    səhərciyi  keçirildi. 

      Bildirildi  ki, 1980-cı  illərin  sonu 90-cı illərin  əvvəllərində   xalqımızın  başına  gətirilən  müsibətlər  cəmiyyətdə sabitliyin  pozulması, səksəkə  və  təşfiş  içində  yaşamağımız uşaqların da   həyatında  öz mənfi  təsirini   göstərmişdir.  Baş  verən  müharibələr  onların da həyatından  şən, qayğısız uşaqlıq  illərini  almışdır. Axıdılan  qanlar, o cümlədən  uşaqların  gözü  qabağında   həmyaşıdlarının  amansızcasına öldürülməsi  uşaqların psixologiyasına  öz    təsirini   göstərmişdir. Bu  kimi  problemlərin  həlli   üçün  dövlətin    müəyyən  köməyə  ehtiyacı  var  idi.    Bu  işdə  BMT-nin   Uşaq  Hüquqlarının   qorunması    haqqında    qəbul   edilmiş   konvensiyaya əsasən  fəaliyyət  göstərən  bir   sıra   təşkilatlar  yaxından   iştirak  etdilər.Bildirildi  ki, Uşaq  Hüquqları    Konvensiyası   20  noyabr  1989- cu  ildə    BMT-nin   Baş   Assambleyası  tərəfindən   qəbul  edilib. Konvensiya  BMT  tərəfindən  qəbul  edilmiş  bir  saziş  olaraq, dünyanın  hər  bir   yerində  yaşayan  uşaqlara   konvensiya   ilə   müəyyən  edilmiş  hüquqları  təmin   edir, uşaqların  yaşaması     və  inkişafı  üçün  zəruri  olan  minimum  standartları  müəyyənləşdirir. 

   Tədbirin  bədii  hissəsində    fəal   oxucularımızdan -  Abbasova  Nübar,  Məmmədova  Nəzrin,   Abbaslı Səma,  Nadirli   Yusif,  Qaffarov  Orxan,  Məmmədova  Nübar,  Mustafayev  Əli,  Ağababayeva   Sevil  və s.   şeirlər    söylədilər,  mahnılar  oxudular,  rəqs  etdilər.