Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
15 Noyabr , 2017

7 noyabr 2017-ci il tarixdə Nakam adına mərkəzi kitabxanada 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirildi. Tədbiri MKS-nin direktoru S.Vahabov açdı. O, tədbir iştirakçılarını salamlayaraq Bayraq günü münasibətilə təbrik etdi və bu günün mahiyyəti haqqında danışdı.

Sonra oxucularımızın ifasında bayrağımızı əks etdirən ifalar oldu. Məmmədova Nurcan, Rəfiyeva Ülviyyə, Xəlilova Səbinə həmyerli şairlərimiz Zaur İlhamoğlunun , Gülşad Nuraninin və Şahid Məmmədkərimovun Azərbaycan Bayrağına həsr etdikləri şeirlərini ifa etdilər.

Tədbir iştirakçıları Azərbaycan bayrağı qarşısında diz çökərək and içdilər ki, vətənə layiq övlad olacaqlar.

Tədbiri MKS-nin Xidmət və abonement şöbəsində bölmə müdiri D.Yaqubova iştirakçılara öz təşəkkürünü bildirərək tədbiri yekunlaşdırdı.